Avropa İttifaqı Şurası Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə razılıq verib.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytında bildirilib.
“2017-ci ilin martın 2-də Aİ ölkələrinin səfirləri Ukrayna vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasına dair 28 fevral tarixli qeyri-formal razılaşmanı Şura adından təsdiqləyiblər”, – deyə məlumatda bildirilir.
Saziş Ukrayna vətəndaşlarına Aİ ölkələrinə yarım il dövründə 90 gündən çox olmayan müddətə səfər etməyə icazə verir.
Razılaşma səsverməyə çıxarılması üçün Avropa Parlamentinə təqdim edilib.
Fevralın 28-də Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsini razılaşdırıblar.
Yeniçağ.Az