Qırmızı şeytanlar” dirilir

media-hightechnic-468x90

Bir vaxtlar dünyanın ən bahalı futbol klubu kimi tanınan “Mançester Yunayted” yeni baş məşqçisi ilə əvvəlki gücünə qayıtmağı hədəfləyir.

media-banner_tkm

“Yenicag.az” xəbər verir ki, klub son həftələrdə Premyer Liqa lideri “Arsenal”“Mançester Siti” üzərində qələbə qazanıb.

Topladıqları xallarla turnir cədvəlinin 4-cü pilləsinə yüksələn “qırmızı şeytanlar” bu gün daha bir ciddi sınağa çıxacaq. Ötən ay klubun başına keçən Maykl Kerrikin komandası saat 16:30-da paytaxt təmsilçisi “Tottenhem”lə qarşılaşacaq. Londonlular bu il də qeyri-stabil nəticələr göstərir. Hazırda 29 xalla liqada 14-cü yerdədirlər.

Görüş doğma “Old Trafford” stadionunda keçiriləcək.

23 turdan sonra Premyer Liqada 4-cü yerdə qərarlaşan “Mançester Yunayted”i “Çelsi” 1 xal, “Liverpul” isə 2 xal fərqlə izləyir.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə futbolu tarixində ən çox titul qazanan klublardan biridir. Bir vaxtlar yaşıl meydanlarda “at oynadan” komanda indiyədək 20 dəfə Premyer Liqa, 3 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Bununla belə, klub son 12 mövsümdür Premyer Liqa çempionluğunu qazana bilmir, son illərdə isə tez-tez ilk dördlükdən kənarda qalır.

 




media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05