10 günün əsgəri niyə ölübdür?

media-hightechnic-468x90

Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edən Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqovun vərəm xəstəsi olduğu bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev feysbukda paylaşım edib.

O bildirib ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş:

“Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir.

Əgər əsgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib, hərbi hissə niyə xəstə əsgəri geri qaytarmayıb, yox əgər əsgər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır”.

Həmin paylaşıma rəy yazan hərbi bloqer Tofiq Şahmuradov isə aşağıdakıları əlavə edib:

“Rəhmətə gedən əsgərin yaxınları bir az öncə mənimlə əlaqəyə çıxdılar. Atası yoxdur, anası böyüdüb. 25 yaşı olub, ağır vərəm xəstəsi imiş. Bir neçə dəfə xəstəliyinə görə həyati təhlükə yaşıyıb və bu səbəbdən 7 il hərbi xidmətə aparılmayıb.

Buna baxmayaraq bu çağırışın son günlərində qəfil göndərilib. Belə ağır vərəm xəstəsi yüzlərlə əsgərin içinə necə göndərilib? Bu, orduya qarşı böyük təxribatdır, vərəm xəstəliyi keçicidir. İnsanlar yoluxa bilər. Əsgər xidmətə gedəndən 4-5 gün sonra vəziyyəti ağırlaşıb, xəstəxanada vəfat edib”.

Qeyd edək ki, Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl – yanvarın 26-da hərbi xidmətə gedibmiş.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05