Lökbatanda torpaq almaq istəyənlər dələduzluğun qurbanı oldular - VİDEO

media-hightechnic-468x90

Elan saytında gördüyü torpağı almaq istədi, dələduzluğun qurbanı oldu…

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Astara sakini Tusif Əliyevin başına gəlib. Onun sözlərinə görə, bir il öncə Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1,5 sot  torpaq almaq istəyib.

Bunun üçün özünü torpağın sahibi adlandıran Elmir Tahirov adlı şəxsə müxtəlif vaxtlarda ümumilikdə 10 min 700 manat pul ödəyib. İndi isə ortada nə torpaq var, nə pul…

Tusif Əliyev pulu ödədikdən sonra əraziyə baxmağa gedəndə görüb ki, ondan xəbərsiz oraya darvaza qoyulub.

Tusif Əliyev deyir ki, torpağı almaq və ev tikmək üçün bankdan kredit götürüb, özü isə hazırda kirayadə qalır. Elmir Tahirov onu bir il ərzində müxtəlif yalan vədlərlə aldadıb. İndi isə nə torpağı öz adlarına rəsmiləşdirə, nə də verdikləri pulu geri ala bilirlər.

Elmir Tahirov tərəfindən aldadıldığını iddia edən başqa bir şəxs də Elşən Gülmalıyevdir. O da eyni şəkildə torpağın sənədlərini düzəltməsi üçün Elmir Tahirova 2500 manat pul verdiyini deyir.

Daha ətraflı videoda:

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05