Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar

media-hightechnic-468x90

 

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayacaqlar.

Yenicag.az Report-a istinadən xəbər verir ki, ilk yarış günündə üç idmançı tatamiyə çıxacaq.

Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Kim Hvasu (Cənubi Koreya) – Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Nazir Talıbov eyni raundda Migel Qaqo (Portuqaliya) – Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) Yusuf Nurkoviç (Monteneqro) – Bence Ponqrats (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05