“ABŞ ərazisinə hücum etmək imkanımız yoxdur, amma…” – Əraqçi
İran hücuma məruz qalacağı təqdirdə Fars körfəzindəki ABŞ bazalarına hücum etməyə hazır olduğu barədə xəbərdarlıq edib.
“Yenicag.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərlə söhbətində bildirib.
“Amerika ərazisinə hücum etmək imkanımız yoxdur; əgər Vaşinqton bizə hücum edərsə, biz də onun bölgədəki bazalarına hücum edəcəyik”, – deyə o bildirib.
Onun fikrincə, bu, qonşu ölkələrə hücum deyil, “amerikalıların yerləşdiyi” ölkələrin ərazisindəki Amerika bazalarına hücum olacaq.
Əraqçi qeyd edib ki, Tehranın raket proqramını indi və ya gələcəkdə müzakirə etmək planı yoxdur və bu, milli müdafiə məsələsidir. Bundan əlavə, İranın xarici işlər naziri zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını istisna edib.
Bundan əvvəl ABŞ, ABŞ və İsrailin hücumlarından sonra İranın bir neçə nüvə obyektini tez bir zamanda bərpa etdiyini və ballistik raketlər istehsal etməyə başladığını bildirmişdi.












