Ailə başçısı həbs olundu

media-hightechnic-468x90

739954865ab7676c3e344a7180786ff2Bakıda 6 ay öncə ana və qızının intihar etməsi ilə bağlı ailə başçısı həbs olunub.

Yenicag.az xəbər verir ki, avqustun 12-də Yasamal rayonu, Yeni Yasamal, ev 10, mənzil 107-də yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Fərzəliyeva və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyeva özlərini 9-cu mərtəbədən ataraq öldürülməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədov tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.

İbtidai istintaq zamanı müəyyən olunub ki, avqustun 9-da ailənin kiçik qızı Aytən Fərzəliyeva yaşadığı ünvandan qaçıb. İbtidai istintaq zamanı A. Fərzəliyeva tapılıb.

Bu gün həmin cinayət işi üzrə ailənin başçısı Fərzəliyev Asəf Fərzəli oğlu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Yasamal Rayon Prokuorluğunun müstəntiqi Fuad Əhmədov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

(Lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600