Akardan İsveç və Finlandiyaya XƏBƏRDARLIQ

media-hightechnic-468x90

“Biz Alyansa problem yaratmırıq. NATO-nun açıq qapı siyasətinin əleyhinə deyilik. Amma biz Alyansın genişlənməsinin üzv ölkələrin təhlükəsizliyinin nəzərə alınaraq baş verməsini istəyirik. NATO təhlükəsizlik təşkilatıdır”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar NTV kanalına açıqlamasında deyib.

“Əsas vəzifələrindən biri terrorla mübarizədir. Terrorla mübarizə aparılmasa, əksinə, onlara dəstək verilsə, İsveçlə Finlandiya bunu necə izah edəcək? Madriddə əldə olunan razılıq yaxşı başlanğıcdır, amma son deyil. Biz mövqeyimizi dəyişməmişik. FETÖ, PKK və digər terror təşkilatlarına qarşı mübarizə aparılarsa, biz həmin ölkələrin üzvlüyünə etiraz etmərik. Əks halda isə razılaşmanı təsdiqləməyəcəyik”, – o bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600