!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akif Çovdarovun səhhəti pisləşdi – Vəkili təcridxanaya çağırıldı

!Reklam – Yazi

akif-çovdarov1478607341Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun səhhəti pisləşib.

Bu haqda Modern.az-a məlumat verən A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib ki, təcili olaraq təcridxanaya gedir.
Vəkil iddia edir ki, Penitensiar Xidmətdə çalışanlar Akif Çovdarovun ölməsi üçün çalışır:
“Dünən və sırağagün faktiki olaraq Akif Çovdarova işgəncə verilib. Onun ürəyi kəskin ağırıyır, təcili yardım çağırıb. Amma ona kömək edən olmayıb, lazımi dərmanlar verilməyib. Çovdarov nəfəsalmada çətinlik çəkəndə “oksigen balonu” verirdilər. Dünən axşam isə halı pisləşib və ona “oksigen balonunu” verməyiblər. Faktiki olaraq onun ölümünü gözləyirlər”.
Hüquqşünas deyib ki, məsələ ilə bağlı müraciətlər cavabsız qalıb:
“Cinayət xarakterli əməllərlə bağlı Baş prokuror Zakir Qaralova, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və digər bütün orqanlara müraciət etmişik. B10 gündən artıq müddətdir müraciət etməyimizə baxmayaraq, Baş Prokurorluq araşdırma aparmaq istəmir”.

A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətiimkan tədbrinin müddəti 4 ay müddətinə artırılıb. A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv