AKP-dən açıqlama: “HDP olmadan mümkün deyil”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP)koalisiya hökuməti yaratmağa hazırdır.
Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin baş nazirinin müavini Numan Kurtuluş bildirib.
“Hazırkı mərhələdə növbədənkənar seçkilərin keçirilməsi üçün əsas görmürük. Mövcud şərtlərdə koalisiya hökuməti yaratmağa cəhd edəcəyik. Və bu Xalqların Demokratik partiyası (HDP) olmadan mümkün deyil”, – deyə Kurtuluş bildirib.
Baş nazirin müavini əlavə edib ki, Türkiyənin yeni konstitusiyaya ehtiyacı var: “Biz xalqın fikrinə hörmət edirik. Biz xalqın seçiminə hörmət edərək yeni idarəetmə formasına keçməli və bütün demokratik islahatları yekunlaşdırmalıyıq”.