AKP-nin koalisiya şərtləri dəqiqləşir

media-hightechnic-468x90

img1806848Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) digər partiyalarla quracağı koalisiya üçün şərtləri dəqiqləşdirir.

Yenicag.az avropa.info xəbər verir ki, AKP koalisiya qurulacağı zaman mühüm nazirlikləri müzakirəyə çıxarmayacaq, prezident üsul idarəsini kimi məsələlərdə isə qəti mövqe nümayiş etdirərək qapıları bağlayacaq.

AKP gələn həftə başlatmağa hazırlaşdığı koalisiya görüşləri ilə 4 il davam edəcək bir iqtidar qurmaq niyyətində olduqları mesajını verəcək.

Bundan başqa, Ədliyyə, Daxili İşlər, Təhsil nazirlikləri kimi mühüm nazirliklərin AKP-da qalması da əsas şərtlərdən hesab olunub.

Seçkilərin yekun nəticələri açıqlandıqdan sonra prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti qurmağı Əhməd Davudoğluna həvalə edəcək.

AKP-nin koalisiya danışıqlarını aparmaq üçün üç ayrı heyət yaratdığı da irəli sürülür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600