Sülh sazişi sadəcə görüntü imiş? - “Gərginlik hər an partlaya bilər”
“Yayın gəlişi ilə ABŞ-İran toqquşması qaçılmaz ola bilər”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
Politoloq ABŞ və İran arasındakı qarşıdurmanın hələ bitmədiyini və gərginliyin yüksələn xətlə davam edəcəyini proqnozlaşdırıb:
“İran-ABŞ gərginliyi bitməyib və yaxın zamanda səngiyəcəyi də görünmür. Rəsmi səviyyədə sərt bəyanatların bundan sonra da uzun müddət davam edəcəyi gözlənilir. Mövcud vəziyyətdə gərginliyin yenidən alovlanması və hərbi toqquşmaların başlaması mümkündür. Tramp hazırda ehtiyatlı siyasət yürüdür. Bunun bir çox səbəbi olsa da, əsas amil Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı əməliyyatlardır. O cəbhədə artıq ağır döyüşlər gedir. Hazırda proses durğun görünsə də, gərginlik hər an qızışa bilər”.
Politoloq sülh danışıqlarına baxmayaraq, tərəflərin Livan və Hörmüz boğazı ilə bağlı bir-birini təhdid etməkdə davam etməsinə də toxunub:
“Ümumiyyətlə, həm Livan, həm də Hörmüz boğazı mövzusu kompleks prosesin tərkib hissələridir. Bu məsələlərə ayrı-ayrılıqda baxmaq vacib olsa da, hazırkı situasiyada onlar vahid bir prosesin parçalarıdır və nəticələri bir-birinə birbaşa təsir edir. ABŞ və İran arasında müxtəlif istiqamətlərdə gərginlik davam edəcək və qarşıdakı dövrdə qarşıdurmaların yaşanması istisna deyil”.
Nurlan Cəfəri













