AKP sözçüsü: "Aİ heç vaxt Kipr məsələsində vasitəçi ola bilməz"

media-hightechnic-468x90

Kipr Administrasiyasının Avropa İttifaqına (Aİ) müvəqqəti sədrliyi qəbul edərkən Şimali Kipr Türk Respublikasına qarşı istifadə etdiyi “işğal” və “ilhaq” ifadələri tamamilə qeyri-qanunidir.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Əsl işğal və ilhaq 1963-cü ildə yunan tərəfinin Kipr türklərinin hüquqlarını əllərindən alması ilə başlayıb” , – sözçü qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin Yunanıstan və Cənubi Kiprin marginal tezislərinə əsir olması, birliyi qlobal bir güc olmaqdan çıxarıb. “Aİ Kipr məsələsində tərəfsiz deyil, buna görə də heç vaxt vasitəçi ola bilməz” , – Ö.Çelik vurğulayıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05