Aktyor qadın olmaq istəyərkən ölümdən döndü-Foto
Məşhur rusiyalı aktyorun qadın olmaq istəyi həyatına son qoyacaqdı. Aktyor Yevqeni Sapayev ömrü boyu qadın olmaq istəyib.
Aktyor bir neçə il əvvəl “Günəşdə yananlar – 2” filmində epizodik rolda çəkilmişdi. Həmin vaxt hər kəs düşünürdü ki, Yevgeni qadınların qəlbini fəth edəcək. Ancaq aktyorun özünün arzuları başqa imiş. O qadın olmaq istəyirdi. Bu səbəbdən öz cinsiyyət orqanını bıçaqla kəsib.
Onu dərhal xəstəxanaya aparıblar, lakin kəsilmiş cinsiyyət orqanını bərpa edə bilməyiblər. Həkimlərin sözlərinə görə, o, çoxlu miqdarda qan itirdiyi üçün ölə bilərdi, amma həyatını xilas etmək mümkün olub.
Aktyor özü isə jurnalistlərə belə açıqlama verib:
“Mən uşaqlıqdan qadın olmaq istəmişəm. Keçmişdə bir neçə dəfə özümü əməliyyat etmək istəmişəm, ancaq iradəm çatmayıb. Bu dəfə isə qəti qərarımı vermişdim. Ağrıkəsici qəbul etdim və onu iti bıçaqla kəsdim. Mənim tibbi təhsilim yoxdur”, – o bildirib.