!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aktyor stansiyaya qədər çatan alovları belə söndürdü - VİDEO

!Reklam – Yazi

Milasın meşə sahəsindəki yanğın təhlükəli həddə çatıb. Aktyor İbrahim Çelikkol Milasda meşə yanğınları ilə mübarizə aparan heyətə dəstək olub.

Yenicag.az xəbər verir ki, aktyor Örendəki istilik elektrik stansiyasına doğru irəliləyən yanğını dayandırmaq üçün hortumla alovları söndürüb.

Müğənni Mustafa Sandal, Muğlanın Milas bölgəsindəki meşə yanğınından olan görüntüləri “Instagram” hesabında paylaşıb və İbrahim Çelikkol və Onur Yılmaza etdikləri fədəkarlığa görə təşəkkür edib:

“Göcekdəyəm. Yollar bağlı olduğu üçün hadisə yerinə çatmaq şansım yoxdur. Əziz qardaşlarım Onur Yılmaz və İbrahim Çelikkol Marmarisdəki yanğın yerində könüllü işləyirlər. Mənə göndərdikləri video və mesajları olduğu kimi sizinlə paylaşıram. Yanğın istilik elektrik stansiyasına yaxınlaşıb və vəziyyətin ağır olduğu deyilir.  “Bunun qarşısını almalıyıq. Səlahiyyətlilərdən dərhal tədbir görülməsini xahiş edirəm”, deyə qeyd edib.

www.yenicag.az

1069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv