“AL SARAY” restoranın sahibi ağacları kəsdi, qanunsuz tikinti işləri aparır

media-hightechnic-468x90

 

“AL SARAY” restoranının sahibi, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən müəssisəsinin həyətində qanunsuz tikinti işləri aparır. Restoran sahibinin, ağacları kəsərək və əlavə otaqlar tikərək qanunları pozduğu iddia edilir.

Məlumatlara görə, “AL SARAY” restoranının həyətində aparılan tikinti işlərinə heç bir rəsmi icazə alınmayıb. Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənən tikinti prosedurlarına zidd olaraq, restoran sahibi Natiq adlı şəxs tərəfindən ağaclar kəsilərək əlavə otaqlar inşa edilir.

Tikinti işlərinin aparılması ilə bağlı heç bir Dövlət Şəhərsalma və Arxitektura KomitəsiFHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən icazə verilməyib.

Restorandakı qanunsuz tikinti işlərini görüntüləmək istəyən əməkdaşımıza qarşı restoran sahibinin və tikinti rəhbərinin kobud davranışları qeydə alınıb. Jurnalistə qarşı təzyiq göstərilərək, onun vəsiqəsi zədələnibfəaliyyətinə mane olunub.

İddialara görə, Binəqədi Rayon İcra Hakimiyyəti müavini Hacıbaba Babyev tərəfindən bu qanunsuz tikintiyə icazə verildiyi bildirilir. Bu, yerli hakimiyyət orqanlarının və sahibkarların gizli razılaşmalar nəticəsində qanunları pozmasına səbəb olur.


Hər iki qurumdan – Binəqədi Rayon İcra HakimiyyətiEkologiya və Təbii Sərvətlər Nazirliyi-dən bu qanunsuz tikinti ilə bağlı hələlik heç bir açıqlama alınmayıb.

Bu barədə aidiyyəti qurumların münasibətini dərc etməyə hazırıq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa