Ağ Ev Trampın Zelenski və Aİ liderləri ilə görüş cədvəlini açıqladı

media-hightechnic-468x90

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı liderləri ilə keçirəcəyi görüşlərin proqramını yayıb.

Yenicag.az xəbər verir ki, proqrama əsasən, Zelenski ilə ikitərəfli görüş bazar ertəsi Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək.

Cədvəl belədir:

21:00 – Zelenskinin Ağ Evə gəlişi

21:15 – Zelenski ilə ikitərəfli görüşün başlanması

22:15 – Avropa liderlərinin gəlişi

22:30 – Trampın Avropa liderləri ilə birgə ailə fotosuna qatılması

23:00 – Avropa liderləri ilə çoxtərəfli görüşün başlanması

Məlumata görə, Tramp-Zelenski görüşünün əsas mövzusu Ukraynadakı münaqişənin həlli olacaq. Görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merz və İtaliyanın Baş naziri Corciya Meloni də iştirak edəcək.

Həmçinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də tədbirə qatılacağını açıqlayıb. Xatırladaq ki, Zelenski artıq Vaşinqtona gəlib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa