Çin və Hindistana “Tramp silləsi” – “Əjdaha ilə filin rəqsi”

media-hightechnic-468x90

Çin və Hindistan Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gəlişinin doğurduğu iqtisadi və geosiyasi qeyri-müəyyənliklər fonunda münasibətlərini normallaşdırmaq istiqamətində addımlar atır.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” nəşrinin analitik məqaləsində qeyd olunub.

Məlumata görə, iki ölkə son illərdə Himalay dağlarındakı sərhəd mübahisələri səbəbindən gərginlik yaşasa da, son danışıqlarda uzlaşma əldə olunub.

Məqalədə qeyd olunur ki, Hindistan Baş naziri Narendra Modinin 31 avqust-1 sentyabr tarixlərində Çinin Tiencin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Zirvəsinə qatılmaq qərarı da münasibətlərdə yumşalma əlaməti kimi dəyərləndirilir. Modi bununla 7 ildən sonra ilk dəfə Çinə səfər etmiş olacaq.

Çin Xarici İşlər naziri Van Yi isə bu gün 3 günlük səfərlə Hindistana gedir. O, sonuncu dəfə 2022-ci ilin martında Yeni Dehlidə olmuşdu. Van Yinin səfəri çərçivəsində Hindistanın Milli Təhlükəsizlik müşaviri Əcit Doval və digər rəsmilərlə sərhəd mübahisələrinin həlli üzrə xüsusi görüşlər keçirəcəyi gözlənilir.

Sərhəd anlaşmazlığı və dialoq

Çin və Hindistan arasında 3.500 kilometrlik sərhəd xətti uzun illərdir qarşıdurma mənbəyidir. Pekin Hindistanın Arunaçal Pradeş əyalətində 90 min km² əraziyə iddia edir, Yeni Dehli administrasiyası isə Aksay Çin yaylasındakı 38 min km²-lik sahənin işğal olunduğunu bildirir. 2020-ci ilin iyununda Qalvan vadisində baş verən toqquşmalarda 20 hindli, 4 çinli əsgər həlak olmuşdu. Sonrakı dövrdə aparılan 21 mərhələli hərbi danışıqlar nəticəsində tərəflər sərhəddə qoşunların müəyyən bölgələrdən geri çəkilməsi barədə razılığa gəlmişdi. 2024-cü ilin oktyabrında isə Ladakx bölgəsində patrul fəaliyyətlərinin qarşılıqlı razılaşma əsasında tənzimlənməsi barədə anlaşma əldə olunmuşdu.

ABŞ faktorunun təsiri

Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gəlməsi Çin və Hindistanın yaxınlaşmasında mühüm rol oynayır. Tramp administrasiyası Hindistana qarşı gömrük tariflərini artırıb və ölkəni “Amerika əleyhdarı BRICS blokunun üzvü” olmaqda ittiham edib. Bu vəziyyət Hindistanı yeni iqtisadi tərəfdaşlıqlar axtarmağa məcbur edir.

Beynəlxalq analitiklər hesab edir ki, texnoloji istehsalda üstünlük qazanan Çinlə kimya sənayesi və metallurgiyada güclü mövqelərə sahib Hindistanın iqtisadiyyatları bir-birini tamamlayır. İki ölkə ticarətdə ABŞ-nin qoyduğu baryerləri aşmaq və dolların qlobal hegemonluğuna alternativ yollar yaratmaq məqsədilə əməkdaşlığı gücləndirə bilər.

“Əjdaha ilə filin rəqsi”

Çin Xarici İşlər Nazirliyi Van Yinin səfərinə dair açıqlamasında iki ölkənin “qlobal cənub”un aparıcı üzvləri olaraq əməkdaşlığı dərinləşdirməsinin qaçılmaz olduğunu bildirib:

“Əjdaha ilə filin rəqsi” – bir-birini dəstəkləyən tərəfdaşlığımız hər iki ölkə üçün ən doğru seçimdir,” – deyə nazirlik sözçüsü Lin Cien vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa