İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 62 mini keçdi

media-hightechnic-468x90

İsrail ordusunun son 24 saatda Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölən fələstinlilərin sayı 60 nəfər artıb.

Yenicag.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son hücumlarda 344 nəfər də yaralanıb. Bununla da 7 oktyabr 2023-dən bəri İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda ölənlərin ümumi sayı 62 min 4, yaralıların sayı isə 156 min 230 olub.

Nazirlik bildirib ki, İsrail 18 mart 2025-də atəşkəsi birtərəfli ləğv etdikdən sonra bölgədə 10 min 460 nəfər ölüb, 44 min 189 nəfər isə yaralanıb.

Son 24 saatda bölgədə humanitar yardım paylanması zamanı İsrailin açdığı atəş nəticəsində 27 nəfər həyatını itirib, 281 nəfər yaralanıb. Bununla yardım bölgülərində ölənlərin ümumi sayı 1.965, yaralıların sayı isə 14 min 701-ə çatıb.

Nazirliyin məlumatına görə, son sutkada 2-si uşaq olmaqla 5 nəfər aclıq səbəbindən dünyasını dəyişib. Beləliklə, aclıq və qidalanma çatışmazlığından ölənlərin ümumi sayı 263 nəfərə (onlardan 112-si uşaq) yüksəlib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa