Tanınmış aktrisa ilk dəfə ETİRAF ETDİ: “Heç vaxt bundan qorxmamışam”

media-hightechnic-468x90

“Həm obrazın özünü, həm də verdiyi bəzi qərarlar olub ki, qınayıblar. Amma bununla bağlı hər hansı bir aqressiya ilə qarşılaşmamışam”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Mənsurə Əhmədova deyib.

Aktrisa “oynadığınız obrazlara görə tamaşaçı qınağı ilə üzləşmisinizmi ” sualını cavablandırıb və belə hallara qarşı reaksiyasından danışıb:

“Həm obrazın özünü, həm də verdiyi bəzi qərarlar olub ki, qınayıblar. Amma bununla bağlı hər hansı bir aqressiya ilə qarşılaşmamışamş. O ki qaldı tamaşaçı tərəfdən qınağın məni narahat edib-etmədiyinə, tamaşaçı qınağından qorxmuram. Heç vaxt da qorxmamışam.

Bilmirəm, bəlkə nə vaxtsa bu fikrim dəyişəcək, amma dəyişəcəyini də düşünmürəm. Mən aktrisayam, sabah uyğun olsa, tamaşaçının məndən heç gözlənilməyən bir obrazda ola, kiminsə xoşuna gəlməyən bir insanı oynaya bilərəm. Axı bu, bir obrazdır, mən deyiləm və bu, sadəcə bir işdir.

Düşünürəm ki, ağıllı tamaşaçı bunu çox gözəl başa düşür. Buna ehtiyatla yanaşan aktyor və aktrisalarımız da var və bu da normaldır. Hərənin öz fikri, öz mövqeyi var. Mənim də təbii ki, öz “olar-olmazlarım” var. Amma mənim üçün vacibdir, eyni tip rollar oynayan aktrisa kimi qəbul olunmayım. Düşünürəm, bu, mənim üçün çox darıxdırıcı olardı. Bir də ki, əsas odur işimi layiqincə görüm və gördüyüm iş keyfiyyətli və maraqlı olsun”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa