Bəzi qidaların faydalarını artıqları zibil qutusuna atırıq. Onlardan biri də yay aylarında tez-tez yediyimiz albalı saplağıdır.
Yenicag.az albalı saplağının faydalarını oxucularla təqdim edir:
Albalı saplağının çayı sidikqovucu, qan təmizləyici və iltihab əleyhinə faydalı olan xüsusiyyətlərə malikdir. Bundan əlavə, o, böyrək sağlamlığına müsbət təsir göstərir.
Çayın faydaları bunlardır:
1) Qan şəkərini tənzimləməyə kömək edir
2) Həzm sistemini tənzimləyir
3) Sidikqovucu xüsusiyyətləri sayəsində böyrək sağlamlığına faydalıdır
4) İltihab əleyhinə xüsusiyyətləri sayəsində iltihabı azaltmağa kömək edir
5) Ən əhəmiyyətli xüsusiyyəti şişkinliyi aradan qaldırmasıdır
6) Şişkinliyi azaldıcı təsiri sayəsində arıqlamağa da kömək edir
7) Əksər qadınlar menstruasiya zamanı ağrılarla qarşılaşırlar. Albalı saplağı çayı bu ağrıları azaltmaq üçün də faydalıdır.
8) Qaraciyər sağlamlığına müsbət təsir göstərir
9) Yaxşı antioksidandır
10) İmmunitet sisteminə təsirlidir
11) Qanın təmizlənməsində istifadə etmək olar
12 ) Damarlarda tıxanma əmələ gəlməsinin qarşısını alır
13) Dəri sağlamlığında çox təsirlidir. Ondan dərinin gənc qalması üçün də istifadə etmək olar
14) Sellülitin görünüşünü düzəldir. Yenilərinin yaranmasının qarşısını alır
15) Təbii sakitləşdirici təsirə malikdir. Stressli zamanlarınızda bu çaydan istifadə edə bilərsiniz
16) Yuxusuzluğa müsbət təsir göstərir
Albalı saplağı çayının bəzi əks-təsirləri də ola bilər. Böyrək daşı olanlar, hamilə və süd verən qadınlar bu çaydan uzaq durmalıdır.
Çayın hazırlanma qaydası belədir:
Albalı saplağıçayını hazırlamaq üçün 3 stəkan qaynar suya təxminən 2 xörək qaşığı saplaq əlavə edin və 5-10 dəqiqə dəmləyin. Daha sonra qarışımı süzüb istifadə edə bilərsiniz./yenisabah/
www.yenicag.az