!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Albaniyada etirazlar başladı: DİN binası qırmızıya boyandı

!Reklam – Yazi

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyaları başlayıb.

Aksiyalara səbəb yeddi yaşlı qızın polis tərəfindən öldürülməsidir.

Etirazçılar ədalət tələb edib və Daxili İşlər Nazirliyinin binasının üzərinə qırmızı boya töküblər.

Conada Avida adlı qızcığaz polis əməkdaşının idarə etdiyi qayığın zərbəsi nəticəsində ölüb. Qeyd edilir ki, polis əməkdaşı həmin vaxt xidmət başında olmayıb və qayığı yüksək sürətlə idarə edib. Qayığın pərləri suda üzən qıza dəyib və o, yerindəcə dünyasını dəyişib.

Həmin vaxt polis iş başında olmasa da, qayıqda polisin xidməti silahı da tapılıb.

Faciə bütün Albaniyanı kədərləndirib. Vətəndaş cəmiyyəti və müxalifət partiyaları etirazlara başlayıblar.

Vətəndaşlar turizm naziri Mirela Kumbaro və daxili işlər naziri Bedar Kuçanın istefasını tələb ediblər.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv