Albert Aqarunovun vurduğu məşhur tank: Ermənilərin daha bir simvolu məhv edildi – VİDEO

media-hightechnic-468x90

Ermənilərin Şuşanı işğalı ərəfəsində şəhərə ilk daxil olaraq “rəmzləşən” tank ərazidən götürülb.

Yenicag.az xəbər verir ki, 1992-ci il mayın 8-də ermənilərin Şuşaya hücumuna müqavimət zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən vurulan tank artıq “rəmzi abidə”likdən çıxarılıb.

Məlumata görə, Azərbaycanın lokal antiterror tədbirləri çərçivəsində həmin tankın yerləşdirildiyi ərazi ordumuzun nəzarətinə keçib.

Bundan sonra ermənilərin 30 ildən artıq müddətdə rəmz kimi yanaşdıqları tank-abidə demontaj edilib.

Qeyd olunur ki, həmin tank “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) əməkdaşları tərəfindən müvafiq avtomaşına yüklənərək Bakıdakı Hərbi Qənimətlər Parkına yerləşdirilmək məqsədilə paytaxta yola salınıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600