Aleksey Arestoviç vəzifəsindən azad edildi - FOTO / YENİLƏNDİ

media-hightechnic-468x90

Ukrayna Prezident Ofisi Aleksey Arestoviçin ştatdankənar müşavir vəzifəsindən azad edilməsi barədə ərizəsini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Prezident Aparatının rəhbəri Mariya Vituşok Arestoviçin vəzifədən azad edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.

*** 13:36

Ukrayna prezident ofisinin müşaviri Aleksey Arestoviç istefa verib.

O, istefa məktubunu “Facebook” səhifəsində paylaşıb.

“Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv varsa, istefaya getməlisən”, – deyə o qeyd edib./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600