!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ali Baş Komandan bütün sahələrdə qətiyyətli mövqeyi ilə öz adını tariximizə qızıl hərflərlə yazdı” - Partiya sədri

!Reklam – Yazi

“Vətən Müharibəsində qazanılan zəfər Azərbaycan tarixində yüzilliklər boyunca danışılacaq müstəsna nailiyyətdir”.

Bunu 44 günlük Vətən Müharibəsinin gedişində prezident İlham Əliyevin yürütdüyü düzgün informasiya siyasətinin effektivliyini dəyərləndirən Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Yenicag.az-a açıqlamasında deyib.

Ağasif Şakiroğlunun sözlərinə görə, ümummilli məsələ olan Qarabağ münaqişəsinin həllində müxalifət-iqtidar qarşıdurması ola bilməzdi və olmadı:

“Partiyamız Qarabağ Müharibəsi başlayarsa, müxalifliyi kənara qoyaraq, Ali Baş Komandanın əsgəri olacağına dair qərar vermişdi. Ali Baş Komandan İlham Əliyev hərbi və diplomatik sahələrdə ortaya qoyduğu qətiyyətli mövqe ilə öz adını tariximizə qızıl hərflərlə yazdı.

Eyni zamanda, Vətən Müharibəsində qazanılan zəfər Azərbaycan tarixində yüzilliklər boyunca danışılacaq müstəsna nailiyyətdir. Bu nailiyyəti düzgün qiymətləndirməmək hörmətsizlik olar.

Partiyamızın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli idi və prezident İlham Əliyev bu problemi tamamilə çözdü. Müharibə dövründə ölkə başçısına dəstəyimizin səbəbi də məhz bu idi”.

Gülşən Şərif

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv