Alman kəşfiyyatından Ukrayna ilə bağlı sensasiyalı məlumat

media-hightechnic-468x90

Ukraina_ES_Rossiya_2Avropa ilə Rusiya arasında rəqabət meydanına çevrilən Ukraynada “daxili qanama” yaşanır. Yenicag.az xəbər verir ki, alman kəşfiyyatı, Ukraynada indiyə qədər 50 min əsgər və vətəndaşın həyatını itirdiyini açıqlayıb. Xəbərdə deyilir ki, Ukraynaya dəyən zərər rəsmi məlumatın 10 qatıdır.

Ukraynanın şərqində rusiyayönümlü separatçılar ilə hökumətə bağlı güclər arasında davam edən qarşıdurmada yaşanan itkinin açıqlanandan daha böyük olduğu iddia edilir.

Almaniyanın “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti, alman kəşfiyyatına istinadən Ukraynada indiyə qədər təxminən 50 min əsgər və vətəndaşın həyatını itirdiyini yazıb. Qəzetin xəbərinə görə, hər gün onlarla adam həyatını itirdiyi halda, ölü sayı mediaya tək rəqəmli rəqəmlər olaraq təqdim edilir.  Bu səbəbdən də real rəqəm Birləşmiş Millətlər Təşkilatının  və ukraynalı rəsmilərin təqdim etdiyindən 10 qat çoxdur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) verdiyi məlumata görə, keçən il aprel ayından bəri təxminən 5 min 360 şəxs həyatını itirib. Ukraynanın verdiyi məlumatlara görə isə qarşıdurmalarda təxminən 1200 əsgər və 5400 vətəndaş həyatını itirib. Təxminən 1 milyon ukraynalı da evlərini tərk edib. Rusiyanın özünə birləşdirdiyi Krımda isə 17 min adam ev-eşiyindən olub. 600 min ukraynalının da Rusiya başda olmaq üzrə qonşu ölkələrə sığındığı açıqlandı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600