Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Almaniya üçün SUSANLAR: Nurlan Həsənov Milli Məclisin deputatıdır, yoxsa Bundestaqın? - FOTO

Reklam: High Technic

“Küləyi” Qərbdən üfürülən və zaman-zaman qabarıb çəkilən, amma heç vaxt səngiməyən anti-Azərbaycan dalğası yenə üstümüzə gəlməkdədir. Həmin “dalğa” başlanğıcını növbəti dəfə Almaniyadan götürüb.

Bəli, böhran zolağına düşən, daxili ziddiyyətlərini çözə bilməyən Avropa İttifaqının (Aİ) iki dayağından biri (digəri Fransa) sayılan Almaniyanın az qala bütün seqmentləri hədəf oxunu Azərbaycana doğru çeviriblər. Bu ölkənin rəsmi dairələri, siyasi camiəsi, mediası və ictimai sektoru inanılmaz həmrəyliklə Azərbaycanı daxili gündəmlərində ön sıraya çıxarıblar.

Hətta Azərbaycan əleyhinə isterika elə bir həddə çatıb ki, sanki Almaniyanın daxili siyasi həyatında həlledici amil məhz Cənubi Qafqazın aparıcı ölkəsidir. Nə istədiklərini, nəyə nail olmağa çalışdıqlarını böyük ehtimalla, özləri də bilmir. Lakin buna baxmayaraq, Azərbaycan əleyhinə hazırlanan və vahid mərkəzdən idarə olunan çoxmərhələli planın icrasında şövqlə iştirak edirlər. Göründüyü qədər, Azərbaycanı tənqid etmək Almaniyadakı bir çox siyasətçilər üçün özünütəsdiq vasitəsidir. Əks halda, Azərbaycana nədən bu qədər yerli-yersiz diqqət yetirilsin, rəsmi Bakı onların təqdimatında qlobal problemlərin “əsas baiskar”ı kimi göstərilsin?

Azərbaycana qarşı bu yeni hücumun “zərbə qüvvəsi”nə daxil olanlar fantaziyalarını zorlayaraq bu suala istədikləri cavabı uydura bilərlər. Lakin gerçək səbəb bizə də, onlara da aydındır. Azərbaycanın müstəqil siyasəti, davamlı inkişafı, bu dönəmdə isə 44 günlük müharibədə qazandığı möhtəşəm Zəfərlə öz ərazi bütövlüyünü bərpa etməsi Qərbdə, o cümlədən, Almaniyada anlaşılmaz qıcıq doğurub. Elə bil, Azərbaycan hərb meydanında Ermənistanı deyil, Almaniyanı darmadağın edərək, öz ərazilərinin işğalına son qoyub. Başa düşürük, Almaniya da Ermənistanın əsas hamilərindən biri olan Fransanın yolunu gedərək türk düşmənçiliyini açıq büruzə verir, xristian təəssübkeşliyini ədalətdən üstün tutur. Azərbaycan bundan narahatdırmı? Qətiyyən! Deyəcəkləri varsa, eşidəcəkləri də var. Yel qayadan nə aparacaq ki…

Təbii, Qərb ölkələrindən Azərbaycan əleyhinə körüklənən kampaniyalara Bakıdan istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə tutarlı cavablar verilir, böhtançılar yerlərində oturdulur. Ancaq təəssüflə qeyd olunmalıdır ki, bu hücumların dəf olunmasında fəal iştirak etməli olanların heç də hamısı “səngər”də öz yerlərini tutmağa ya tələsmir, ya da ümumiyyətlə, bu barədə əsla düşünmür. Almaniyadan yağdırılan iftiralara layiqli cavab verənlərin səfinə göz yetirdikdə, bir nəfərin yoxluğu xüsusilə hiss olunur. Bəli, söhbət 2020-ci il 9 fevral seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olaraq Milli Məclisin üzvü seçilən Almaniya təhsilli Nurlan Həsənovdan gedir. Baxın, təhsil aldığı ölkədən Azərbaycana tərəf hədyanlar sovrulsa da, bu gənc deputat sükutunu pozmağa, böhtanların heç olmasa, birinə cavab verməyə tələsmir. Əvəzində isə özünün sosial şəbəkə hesablarında Almaniya xatirələrini paylaşaraq, o ölkənin misilsizliyini təbliğ etməkdən qalmır. Hə, bir də Almaniyanın federal kansleri Angela Merkellə birgə fotoşəklini yayımlayaraq özünün necə vacib persona olduğunu sərgiləyir.

Adam Almaniyada təhsil alıb, hər halda, həmin ölkədə müəyyən əlaqələri yaranıb. Amma həmin əlaqələrdən Azərbaycanın faydası üçün nə dərəcədə yararlanıb? Həsənov son 15 ayda parlamentin deputatı kimi yüksək status əldə edib. Gəlin görək, bu statusun verdiyi üstünlüklər sayəsində Almaniya Buntestaqının bir deputatının belə Azərbaycanın lehinə mövqe bildirməsinə səy göstərib? Yenə də yox! Bu düşüncənin sahibindən Azərbaycanın maraqları naminə hərəkət gözləməyə dəyərmi?

Ritorik sualın cavabı bəllidir…

Yeri gəlmişkən, Nurlan Həsənov deputatlıq fəaliyyəti dövründə cəmi bir dəfə – bu ilin əvvəlində geniş diqqət mərkəzinə düşüb. Yanacağın qiymətinin artmasına münasibət bildirərkən, Azərbaycanı …Almaniya ilə müqayisə etməklə ictimai rəyin qəzəbinə tuş gəlmişdi. Üzləşdiyi təpkilərə yönəlik yazdığı hiddətli statusu isə başına bəla olduğuna görə silmək məcburiyyətində qalmışdı.

Əslində, Həsənovu Almaniya məsələsindəki bu susqunluğuna görə bəlkə də qınamağa dəyməz.

Yəqin, Azərbaycan Milli Məclisinin, yoxsa Almaniya Bundestaqının deputatı olduğunu özü də qarışdırıb…

Loading...

www.yenicag.az

604
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100