Almaniya və ABŞ-nin İordaniyadakı hərbi bazasına raket atılıb

media-hightechnic-468x90

 

media-banner_tkm

Martın 10-na keçən gecə İordaniyanın Əl-Əzraq şəhərində yerləşən və Almaniya Silahlı Qüvvələri (Bundesver) ilə ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin yerləşdirildiyi hərbi bazaya raket zərbəsi endirilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, raketlərin İrandan buraxıldığı bildirilir.

Hələlik birbaşa zərbələrin olub-olmadığı və ya ələ keçirilmiş raketlərin qalıqlarının düşərgə ərazisinə düşüb-düşmədiyi məlum deyil.

Mərmilərdən biri Almaniya Federativ Respublikasının (AFR) kontingentinin yerləşdiyi binaya dəyib. Lakin hücum zamanı hərbi qulluqçular sığınacaqlarda olduqları üçün xəsarət alan olmayıb/Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05