Almaniyada büdcə BÖHRANI: 60 milyard avro nəyə xərclənəcək?

media-hightechnic-468x90

Almaniyanın federal höküməti Konstitusiya Məhkəməsinin büdcə transferi haqqında qərarından sonra çətin vəziyyətə düşüb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, Almaniyanın Konstitusiya Məhkəməsi koalision hökumətin COVID-19 pandemiyası dönəmində istifadə olunmamış 60 milyard avroluq krediti iqlim fonduna köçürmək qərarını Əsas Qanuna zidd hesab edib.

Həmin qərardan sonra Almaniya hökuməti mübahisəli büdcə ilə bağlı çətin vəziyyətlə üzləşib. Sosial-Demokrat, Yaşıllar və Azad Demokratlar partiyalarının yaratdığı hökumət koalisiyası Konstitusiya Məhkəməsinin məlum qərarından sonra 2023 və 2024-cü il federal büdcələrini Konstitusiyaya uyğunlaşdırmağa çalışır.

Təhlilçilərin fikrincə, Konstitusiya Məhkəməsinin bu federal hökuməti indiki dönəmdə ən ciddi iqtisadi problemlə üz-üzə qoyur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa