Almaniyada nazirin təyyarəsi təcili eniş etdi

media-hightechnic-468x90

Bundesver Hərbi Hava Qüvvələrinə məxsus təyyarə gözlənilməz texniki nasazlıq səbəbindən Leypsiq hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Qeyd olunur ki, insident iyulun 21-də baş verib. “Airbus A319” Berlindən Kölndəki bazaya uçarkən pilot kabinəsində xəbərdarlıq mesajı peyda olub. Kapitan təyyarəni Leypsiq hava limanına yönəltmək qərarına gəlib.

Məlumata görə, təyyarə daha öncə daxili işlər naziri Aleksandr Dobrindt və onun nümayəndə heyətini Berlinə aparıb. Hadisə nazir geri qayıdarkən baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb, nasazlığın səbəbləri araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600