Almaniya Müdafiə Nazirliyi respublikanın qərbində sel səbəbiylə hərbi fəlakət rejimi elan edib.
Yenicag.az-ın məlumatına görə, bu barədə “Deutsche Welle” xəbər yayıb.
“Müdafiə Nazirliyi çətin vəziyyətə görə hərbi fəlakət rejimi tətbiq edib. Bu qərarı nazir Annegret Kramp-Karrenbauer verib”, – məlumatda bildirilir.
Hesab olunur ki, yeni rejim baş verənlərə daha sürətli reaksiya göstərməyə imkan verəcək. Hərbi departament, Bundesverin 850 əsgərinin fəlakətlə mübarizə üçün göndərildiyini vurğulayıb.
İyulun 12-dən Almaniyanın qərbində və cənub-qərbində, eləcə də Belçikada başlayan leysan yağışları qurbanlar və itkin düşənlərlə nəticələnib. Son məlumatlara görə Almaniyada daşqın təxminən 100 nəfərin ölümünə səbəb olub.
www.yenicag.az