“Araz-Naxçıvan”ın prezidenti o təyin edildi

media-hightechnic-468x90

Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, toplantıda klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.

İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən Ceyhun Sultanov Azərbaycan milli komandasının da formasını geyinib, müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə” klublarında fəaliyyət göstərib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05