Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.
Yenicag.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.
Lukaşenko bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Dövlət başçılarının Belarus-Rusiya əməkdaşlığının gündəliyindəki əsas məsələləri, bölgədəki və dünyadakı vəziyyəti müzakirə etmələri planlaşdırılır.













