!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyadan növbəti “Gülən sevgisi”: FETÖ əleyhinə tamaşa qadağan edildi

!Reklam – Yazi

Almaniyada terror şəbəkəsi FETÖ-nun Türkiyədə çevriliş cəhdini əks etdirən teatr tamaşasının premyerasına icazə verilməyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın Erlensee şəhərindəki “Erlenhalle” salonunda fevralın 17-nə nəzərdə tutulan “Göz yaşı gecələri – son qala Türkiyə” tamaşasının nümayişi qadağan olunub. Tamaşanın rejissoru Veysel Danacının sözlərinə görə, yerli polis, media və hakimiyyət orqanlarının aramsız təzyiqləri nəticəsində premyeraya icazə verilməyib:

“Tamaşanın ləğv olunması üçün əllərindən gələni etdilər və buna nail oldular”. Rejissor əlavə edib ki, Erlensee Bələdiyyəsi tamaşanın “zorakılıq və nifrət” məzmunlu olduğunu “əsas” gətirərək, nümayişi qadağan edib.
Lakin Danacı bələdiyyənin bu “arqument”inin tam əsassız olduğunu bildirib:

“Bələdiyyə sədri bir dəfə də olsun bizimlə əlaqə saxlayıb, “bu, nə tamaşadır, hansı məzmundadır”, deyə maraqlanmayıb”. Tamaşada insan amilinin önə çəkildiyini deyən rejissor bildirib ki, əsərdə “nifrət və zorakılıq” motivləri yoxdur.

 

Yençağ.az

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv