Almaniyanın ən nüfuzlu telekanalı Azərbaycandan reportaj hazırladı
Almaniyanın “tv.berlin” kanalı Azərbaycan haqqında reportaj hazırlayıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, reportajda Azərbaycanda keçiriləcək I Avropa Oyunları, Bakı şəhərinin müasir və tarixi yerləri, İçərişəhər, Şirvanşahlar sarayı, Atəşgah, palçıq vulkanları, Qobustan, Göygöl rayonundakı alman yaşayış məskənləri haqqında məlumat verilib.
Telekanala müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, turistlərin sayı hər il daha da çoxalır. Nazir Azərbaycanda infrastruktur işlərindən söhbət açıb, Bakıda müasir binaların inşa olunmasını, son illərdə yeni brend otellərin tikildiyini qeyd edib.
Bakının dünya səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsini vurğulayan nazir, I Avropa Oyunları, Mədəniyyətlərarası Dialoq Forumu, bölgələrdə keçirilən beynəlxalq musiqi festivallarının əhəmiyyətini qeyd edib və bildirib ki, bu kimi tədbirlər adət-ənənələrimiz, mədəniyyət və təbiətlə yaxından tanış olmaq imkanı yaradır.