Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Almazbek Atambayev təslim oldu - SON DƏQİQƏ

Reklam: Sinerji Pro

Qırğızıstannın sabiq prezidenti Almazbek Atambayev özü təslim olub.

Yenicag.az xəbər verir ki, bu barədə eks-prezidentin qərargahından məlumat yayılıb.

Qeyd edək ki, ötən gün A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat həyata keçirilib. Yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb. Faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.

Bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.

2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.

www.yenicag.az

1828