!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Almeyda "Bursaspor"a keçir? - "Qarabağ"dan açıqlama

!Reklam – Yazi

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Super Liqa təmsilçisi “Bursaspor” “Qarabağ”ın futbolçusu Riçard Almeydanın xidmətində maraqlıdır.

Yenicag.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımız futbolçu ilə artıq ilkin razılığın əldə olunduğunu yazıb.

Lakin saytımıza açıqlama verən Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov braziliyalı üçün Bursa təmsilçisindən təklif almadıqlarını bildirib:

“Almeyda 3 gündür ki, millinin düşərgəsindədir. Onunla birbaşa əlaqə saxlamaları real görünmür. Təbii ki, futbolçulara fərqli zamanlarda təkliflər olur. Amma Almeydaya görə “Bursaspor”dan heç bir təklif almamışıq. Futbolçunun bizimlə müqaviləsi olduğu üçün klubla əlaqə saxlamalıdırlar. Amma ortada belə bir şey yoxdur”.

Emin Səfərov

www.yenicag.az

2882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv