Alov Qüllələrində erməni bayrağının görünməsinin sirri açılıb.
Yenicag.az xəbər verir ki, qüllələrdən birində texniki nasazlıq baş verdiyi aydın görünən video paylaşılıb.
Videodan görünür ki, qüllənin ortasındakı göy zolaqlar görüntü dəyişəndən sonra da olduğu kimi qalır. Yəni qüllədə Azərbaycan bayrağı yelləyən siluet əks olunanda da həmin göy zolaq olduğu yerdə qalır. Bu isə sözügedən göy zolağın sırf texniki nasazlıq səbəbindən yarandığı, meydana çıxan və erməni bayrağına oxşadılan görüntünün də adi bir təsadüf olduğunu təsdiqləyir.