Alqı-satqı müqaviləsini oxumamağın yaratdığı problem

media-hightechnic-468x90

img1322986Rəşad Həsənov: “Tikinti şirkətilə vətəndaş arasında imzalanan müqavilələr rəsmiləşdirilməlidir”

Natiq Cəfərli: “Şirkətin götürdüyü öhdəliklərlə bağlı bir qanun olmalıdır”

 Bir çox hallarda yaşayış binaları heç də vaxtında tikilib təhvil verilmir. Hazırda elə binalar var ki, 7-8 ildir ki, tikilsə də, tikintisi başa çatdırılmayıb. Halbuki müştəri ilə bağlanan müqavilələrdə binanın iki ilə qədər təhvil veriləcəyi göstərilir. Yaranmış vəziyyət onu göstərir ki, tikinti şirkətləri əksər hallarda müqavilə şərtlərinə əməl etmir. Görəsən, buna səbəb nədir? Problemin həlli yolları nədən ibarət ola bilər?

resad_hesenovYenicag.az-a açıqlamasında ekspert  Rəşad Həsənov söylədi ki, çıxış yolu müqavilənin rəsmiləşdirilməsindən keçir: “Tikinti şirkətlərinin binaları müqavilədə göstərilən müddətdə tikib başa çatdırmamaları əslində günün aktual problemlərindən biridir. Tikinti sektorunda bununla bağlı ciddi problemlər yaşanır. Vəziyyətin belə olmasının bir neçə səbəbi vardır. Bir səbəb odur ki, tikinti şirkətləri ilə vətəndaşlar arasında alqı-satqı müqavilələri dövlət qeydiyyat orqanları tərəfindən rəsmiləşdirilmir. Ona görə də bundan sonrakı proseslərin iddia edilməsi, iddiaların qaldırılması və hüquqların tələb edilməsində ortalığa müəyyən nöqsanlar çıxır. Belədə, vətəndaş öz haqqını hansısa instansiyalarda müdafiə edə bilmir. Digər tərəfdən, tikinti ilə bağlı bir çox hallarda müəyyən standartlar var ki, həmin standartlar üzrə ən azından tikintinin icra olunması üçün lazım olunan müəyyən zaman tələb edilir. Məsələn, 17, 20 mərtəbəli binanın bir il 6 aya tikilməsi kifayət etmir. Lakin bir çox hallarda görürük ki, bu binaların tikintisi zamanı vətəndaşları alqı-satqıya təşviq etmək üçün prosesin daha tez başa çatacağı vədi ilə aldadırlar. Bu kimi səbəblərin olduğunu nəzərə alaraq, ümumiyyətlə təklif edirik ki, tikinti şirkətlərilə vətəndaşlar arasında hazırda bağlanan müqavilələr rəsmiləşdirilsin və eyni zamanda dövlət qurumları tərəfindən qeydiyyata alınsın. Beləcə qeydiyyat əsasında ondan sonrakı rəsmi prosedurlar da mümkün olsun. Eyni zamanda, vətəndaşa düzgün informasiya verilməsi mühüm tələb olaraq müqavilələrdə yer alsın”.

1247c616d35a18ca73146bfb1e85b713_XL Ekspert Natiq Cəfərli bildirdi ki, problemə son qoymaq üçün  şirkətin özünün götürdüyü öhdəliklərlə bağlı qanun olmalıdır: “Tikinti şirkətlərinin binanı vaxtında müştəriyə təhvil verə bilməməsi əksər hallarda maliyyə vəsaitlərini vaxtında cəlb edə bilmədiklərindən və digər texniki səbəblərlə bağlı olur. Maraqlıdır ki, ölkəmizdə müştəri ilə şirkətlər arasında belə müqavilələr bağlanarkən fors-major situasiyaların bütün məsuliyyəti demək olar ki, bütünlüklə müştərinin üzərinə atılır. Ona görə müştəri müqavilələri rəhbər tutaraq, məhkəmələrə belə müraciət edə bilmir. Müqavilə imzalanarkən müştəri çox zaman onunla ümumiyyətlə tanış olmur. Belədə sonradan ehtiyac yarandıqda məhkəməyə də üz tuta bilmirlər. Şirkətlər müqavilə ilə özünün fors-major situasiyada heç bir məsuliyyət daşımadığını beləcə müştəri tərəfindən təsdiqləyir. Bu istiqamətdə problemin aradan qaldırılması üçün bir çox ölkələrin təcrübəsindən istifadə etmək daha yararlıdır. Bəzi ölkələrdə istehlakçıların hüquqlarının qorunması müqavilə ilə deyil, şirkətin özünün götürdüyü öhdəliklərlə müəyyən olunur. Azərbaycanda belə bir qanunun olması,  ya da qanunlara düzəliş edilməsinin zamanı çoxdan yetişib”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600