Reuters: ABŞ-dəki ukraynalı qaçqınların gələcəyi sual altındadır
ABŞ-də təxminən 200 min ukraynalı qaçqın 31 mart 2026-cı ildən etibarən ölkədə qalmaq üçün hüquqi statusunu itirə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, qaçqınların yerləşdirilməsi proqramı keçmiş ABŞ Prezidenti Co Bayden administrasiyası dövründə başladılıb.
“Hazırda Donald Tramp administrasiyası proqramın müddətinin uzadılması ilə bağlı qərarı gecikdirir. Proqram iştirakçılarının bir qismi immiqrasiya xidmətinin onları saxlamasından ehtiyat edir”,- məlumatda qeyd olunub.












