Ərdoğanla Putin arasında telefon danışığı olacaq

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə noyabrın 24-də telefon danışığı aparacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə lideri G20 zirvəsi çərçivəsində Cənubi Afrika Respublikasında keçirdiyi mətbuat konfransında bildirib.

“Bu həftə ölkəmizdə Zelenski qonağımız idi. Sabah isə cənab Putinlə telefonda danışacağam”, – Ərdoğan qeyd edib.

“Bir taxıl dəhlizi təşəbbüsümüz vardı. Bu təşəbbüsümüz, əslində, sülhə gedən yolu açmaq üçün idi. Təəssüf ki, müəyyən bir yerə qədər bunu bacardıq, amma sonradan davam etmədi. Sabahkı telefon danışığımızda hörmətli Putindən bunu yenidən xahiş edəcəyəm. Bu prosesi başlada bilsək, çox xeyirli olar deyə düşünürəm. Ölümləri dayandıra bilmək üçün hansı addımlar ata biləcəyimizi onunla müzakirə edəcəyəm”, -Türkiyə lideri əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa