İŞİD-in “Türkiyə əmiri”nə ölkədən çıxış qadağası qoyuldu – Abu Hanzalanı Azərbaycanla nə bağlayır?

media-hightechnic-468x90

 

Türkiyənin İzmir şəhərinin Balçova rayonunda yerləşən Salih İşgören Polis Mərkəzinə sentyabr ayında həyata keçirilən və nəticədə üç polis əməkdaşının şəhid olduğu silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində diqqətçəkən şəxslər saxlanılıb.

Məlumata görə, İŞİD terror təşkilatının “Türkiyə əmiri” kimi təqdim olunan, “Əbu Hanzala” ləqəbli Tövhidi və Sünnət Camaatının lideri Halis Bayancuk, eləcə də “Əbu Haris” ləqəbli Haris Qaradağ və “Əbu Ubeydə” ləqəbli İlyas Aydın barəsində İzmir Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Balçovadakı polis mərkəzinə silahlı hücumla bağlı istintaq çərçivəsində saxlanılma qərarı verilib.

İzmir İl Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbələri tərəfindən səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində Halis Bayancuk İstanbulda, Haris Qaradağ isə İzmir ərazisində saxlanılıb. İlyas Aydın adlı şübhəlinin əməliyyat zamanı ələ keçirilmədiyi, onun xaricdə ola biləcəyi ehtimalının araşdırıldığı bildirilib.

Saxlanılan şəxslərin, hücumu törədən 16 yaşlı Eren B. adlı şəxslə mümkün əlaqələrinin araşdırıldığı qeyd edilib.

Polisdəki prosedurlar tamamlandıqdan sonra Halis Bayancuk və Haris Qaradağ “həbs-qətimkan tədbiri seçilməsi” tələbi ilə məhkəməyə çıxarılıb. Lakin məhkəmə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçməyərək, polis nəzarəti və ölkədən çıxış qadağası tətbiqi şərti ilə azadlığa buraxılmaları barədə qərar verib.

Qeyd edək ki, “Əbu Hanzala” ləqəbli Halis Bayancuk 2008-ci ildə “Əl-Qaidə” ilə əlaqəsi iddiası ilə saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. 2010-cu ildə İstanbul 11 saylı Ağır Cəza Məhkəməsi tərəfindən “Əl-Qaidə üzvlüyü” ittihamı ilə 6 il 3 ay həbs cəzasına məhkum edilib. Həmin qərardan Bayancuk apellyasiya qaydasında şikayət edib.

Apellyasiya Məhkəməsinin 16-cı Ağır Cəza Dairəsi 2017-ci ildə verdiyi qərarla yerli məhkəmənin hökmünü Bayancukun əleyhinə olmaqla ləğv edib. Bu qərardan sonra iş Bakırköy 16-cı Ağır Cəza Məhkəməsində yenidən baxılmağa başlanıb.

Bu müddətdə Sakarya 2-ci Ağır Cəza Məhkəməsi də Bayancuku İŞİD çərçivəsində “silahlı terror təşkilatı qurma və ya idarəetmə” ittihamı ilə 12 il 6 ay həbs cəzasına məhkum edib. Daha sonra Apellyasiya Məhkəməsinin 5-ci Cəza Dairəsi hər iki işi birləşdirib və adıçəkilən həbs cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, Abu Hanzalanın Azərbaycandan Suriyaya İŞİD və digər terrorçu qruplara qoşulmaq üçün gedən təkfirçi və xəvariclərlə də əlaqəsi mövcuddur. Onun Azərbaycandakı radikal təkfirçilər arasında ciddi nüfuzunun olduğu söylənilir.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa