Kamran Əliyev Buxarestə getdi – FOTOLAR Kamran Əliyev Buxarestə getdi – FOTOLAR 22:20 23-11-2025 DÜNYA Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işgüzar səfərdədir. “Unikal” xəbər verir ki, səfər çərçivəsində noyabrın 23-də nümayəndə heyəti Buxarest şəhərinin Tey Parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb. Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək diplomatlarımızla görüşüb, onların iş şəraiti ilə maraqlanaraq ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” kitabı səfirliyin kitabxanasına hədiyyə olunub.

media-hightechnic-468x90

Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işgüzar səfərdədir.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində noyabrın 23-də nümayəndə heyəti Buxarest şəhərinin Tey Parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək diplomatlarımızla görüşüb, onların iş şəraiti ilə maraqlanaraq ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” kitabı səfirliyin kitabxanasına hədiyyə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa