!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alternativ yollarla bağlı önəmli ADDIMLAR: "Bu məsələnin həlsiz qalması..." - Hərbi ekspert

!Reklam – Yazi

“Azərbaycan tərəfi Ağdərədən Kəlbəcərə gedən yolu mütləq öz nəzarətinə götürməlidir”.

Bu fikri Azərbaycan ordusunun Kəlbəcər-Laçın istiqamətində qış mövsümünə hazırlaşması və təminat yolları barəsindəki narahatlığı şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan tərəfi alternativ yollarla bağlı önəmli addımlar atır:

“Dekabr ayının əvvəlindən Kəlbəcər istiqamətində hərəkət başlandı. Olduqca çətin bir şəraitdə Azərbaycan ordusu Kəlbəcərə yerləşdi. Harada yaşamaq mümkün idisə, ermənilər oranı yandırdı, əraziləri başdan-ayağa minaladı. Həmin çətin şəraitdə həm sərhədçilərimiz, həm də ordumuzun şəxsi heyəti böyük igidlik göstərərək, o yerlərin tutulmasını, sərhəddə qoşunlarımızın yerləşdirilməsini və oranın az-çox minadan təmizləməsini təmin edə bildi.

Təbii ki, erməni tərəfinin müəyyən provikasiyaları oldu. Əslində onların bu əməlləri başa düşüləndir.

Bunlardan dərhal sonra hərbçilərin maaşı bir qata endirildi. Bu istər şəxsi heyət arasında, istər cəmiyyətdə çox ciddi narazılıq yaratdı. Xalqın narazılığından sonra bu məsələ nisbətən öz həllini tapdı. Bəzi şəxslər bilərəkdən və ya bilməyərəkdən bu cür şeylərə mənfi mənada öz töhvələrini verirdi.

Ötən müddət ərzində Azərbaycan tərəfi təminat yollarının salınmasına çalışıb.

Kəlbəcərə  yol çox çətindir.

Ağdərə istiqamətində ermənilər hərdən yolu kəsir. Rusiya sülhməramlılarının müşayəti ilə oradan yalnız təminat daşına bilir. Hərbçilər isə Ömər aşımını keçərək xidmətlərini davam etdirməkdədirlər.

Toğanadan Kəlbəcərə gedən yolda ciddi iş gedir.

Mənə belə gəlir ki, qar düşənə qədər ötən ilə nisbətən daha məqbul şərait olacaq. Təbii ki, bu yetərli deyil.

Kəlbəcər yolu Ağdərədən keçir.

Azərbaycan o yolu açdırmalıdır. Düşünürəm ki, Ağdərədən gedən yol Rusiyanın vasitəçiliyi ilə Ermənistana təzyiq edilərək açılmalıdır. Bütünlükdə güc nazirlikləri hərəkətə keçib, Ağdərədən Kəlbəcərə gedən yolun açılmasına nail olmalıdır. Əslində bu məsələnin hələ də həlsiz qalması ayıbdır. Öz ərazində, dünya tərəfindən tanınmış torpağından keçib öz torpağına gedə bilməmək sadəcə olaraq gülməlidir. Bu, absurd bir şeydir. Erməninin xoşuna gəlmirsə, gəlməsin. Alternativ yollar təkcə Qarabağda deyil, ölkənin hər yerində çəkilir. Bunun ancaq xeyiri olacaq”.

Xüsusilə Laçın və Kəlbəcərdə hərbçilərin qışa hazır olmasına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Nazirin Kəlbəcərə getməsi onu göstərir ki, hərbçilər üçün kazramaların tikintisi gedir.

Heç bir hərbçimiz üzümüzə gələn qışda keyfiyyətsiz çadırlarda, qazmalarda qalmalı deyil. Çünki onlar bizim qalib əsgərlərimizdir. Azərbaycanın bu işləri görə biləcək maliyyə resursu var.

Demirəm ki, bu işlər getmir, gedir. Ancaq işlər daha da sürətli aparılmalıdır ki, ötən qışdakı kimi bəzi problemlər yaşanmasın. Əsgərin şəraiti yaxşı olmalıdır. Şəraiti yaxşı olan əsgər yaxşı döyüşəcək, torpağını yaxşı müdafiə edəcək. Əgər onlar üçün şərait yaratmasalar, buna insan bədəni dözməz və onlar müxtəlif xəstəliklər taparlar.

Azərbaycanın imkanı var ki, əsgərlərimiz üçün hər cür şərait qursun”.

Səxavət Məmməd

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv