!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikalı həmsədr: "Danışıqlar masasına qayıtmaq lazımdır"

!Reklam – Yazi

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”.

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Amerikalı diplomat bildirib ki, həmsədrlər hazırda fəaliyyətlərini yüksək səviyyəli görüşün reallaşdırılmasına cəmləşdiriblər.

R.Hoqland vurğulayıb ki, hər üç həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını hesab edir.

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür. Aprel hadisələrinin ildönümü danışıqlar masasında qeyd olunmalıdır. Münaqişənin heç bir halda hərbi yolla həlli ola bilməz. Biz bu mesajı İrəvanda da verəcəyik”.

 

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv