Amerikalı təlimatçılar İraqa göndərilir

media-hightechnic-468x90

14165672652918757960_600x400İŞİD-ə qarşı döyüşən İraq ordusunun hərbi hazırlığının artırılmasına daha 1500 ABŞ hərbçisi cəlb olunacaq. Amerikalı təlimatçılar İraqa yaxın həftələrdə göndəriləcək.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi hərbçilərin İraqa Konqresin bu missiyaya vəsait ayrılması barədə qanunu dəstəkləməsindən əvvəl göndəriləcəyini bildirib. Pentaqon nümayəndəsi ilin sonunadək İraqda nəinki Birləşmiş Ştatların, həmçinin koalisiya üzrə tərəfdaş ölkələrin hərbçilərinin də hiss olunacaq dərəcədə artacağını qeyd edib.

Bu arada İraq ordusu kürd birləşmələrinin köməyi ilə Diyala əyalətindəki əl-Sadiya şəhərinə hücuma başlayıb və gün ərzində davam edən döyüşlər nəticəsində şəhər ətrafındakı kəndlərin birini, eləcə də bu regionda strateji yolu ələ keçirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600