Amerikalılar Putinin pullarını tapdılar
ABŞ prezidenti Barak Obamanın Administarasiyası bu günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətiq edəcək.
Bu barədə “Nyu York Tayms”da Piter Beyker xüsusi məqalə ilə çıxış edib. Onun sözlərinə görə, sanksiyalar birbaşa Prezident Vladimir Putinin maliyyəçilərinə şamil olunacaq:
“Obama Administrasiyası dolaysı ilə siqnallar göndərmək istəyir ki, sanksiyalar Putinin pullarının saxlanıldığı mənbələri vuracaq”.
Beykerin qənaətinə görə, sanksiyalar “Rosneft”in rəhbəri İqor Seçinə və “Qazprom” direktoru Aleksey Millerə şamil olunacaq:
“Putinin əsl iç üzünü rusiyalılara göstərmək üçün hələ bir müddət öncə Obama Administrasiyası Rusiya dövlət başçısının vəsaitinin informasiyasının ictimailəşməsinin lehinə idi. Doğrudur, Ağ Evdə müəyyən müqavimətlər oldu”.
Onun sözlərinə görə, hazırda vəziyyət tam başqadır. Konqress üzvləri Putinin varidatının ünvanını göstərən xəbərlərin açıqlanması barədə layihənin səsvermədən keçməsinə ciddi səy göstərirlər.
Xatırladaq ki, Prezident Obama Rusiyaya qarşı birgə sanksiyalarla çıxış etmək üçün rəsmi Brüsselə müraciət etmişdi.