Amerikalıların Ermənistan SƏRGÜZƏŞTLƏRİ – TRIPP layihəsindəki ŞOK YENİLİKLƏR

media-hightechnic-468x90

“Vaşinqton görüşündə imzalanan sülh müqaviləsi bəyannaməsində ABŞ və Ermənistan arasında müəyyən fikir ayrılıqları var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

media-resadbayramli1

Politoloq bir neçə gün sonra ABŞ-nin müxtəlif dairələrinin nümayəndələrinin Ermənistana edəcəyi səfərlə və bu görüşdə mümkün razılaşmalarla bağlı öz şərhini verib.

Onun sözlərinə görə, ABŞ-nin müxtəlif dairələrinin nümayəndələrinin Ermənistana səfəri gözlənilən səfərdir:

“Hətta deyərdim ki, bir qədər gecikmiş səfərdir. 8 avqust görüşündə əldə edilən razılaşmalardan artıq 1 aya yaxın vaxt keçir. Bu müddət ərzində əldə olunan razılaşmaların icrası istiqamətində konkret addımlar atmaq, texniki-siyasi detalları müəyyənləşdirmək, investisiya qoyuluşu, tikinti işlərinin detalları və s məsələləri müzakirə etmək olardı. Gecikmə ilə də olsa, bu istiqamətdə artıq danışıqlar başlayır. Bunu da müsbət hal kimi qiymətləndirmək lazımdır. Çünki layihənin icrası üçün əməli addımların atılmasına başlanılırsa, bunun təbii olaraq həm Azərbaycan-Ermənistan münasibətləri, həm də region üçün müsbət təsirləri olacaq. Nəqliyyat yollarının açılması, ilk növbədə, həm də iqtisadi mənfəət deməkdir. Bu da layihədə maraqlı olan dövlətlər arasında davamlı sülhün təmin edilməsi üçün vacib şərtlərdən biridir”.

R. Bayramov Zəngəzur dəhlizinin açılmasına mane olan ölkələrin də, əslində, bu dəhlizdən istifadə etməklə xeyir götürmək şansı olduğunu qeyd edib:

“Layihə ilə bağlı narahatlıq keçirən Rusiya və İran kimi dövlətlərin də əslində dəhlizin işə düşməsi ilə dividentlər əldə edəcəyi şübhəsizdir. Məlumdur ki, İran Fars körfəzindən Qara dənizə çıxış əldə edəcək. İran Ermənistan və Rusiyanın bir-biri ilə dəmiryol əlaqəsi yoxdur. Naxçıvan dəmiryolları üzərindən bir-biri ilə dəmiryol əlaqəsi qurmaq imkanı əldə edəcəklər. Bu da o deməkdir ki, bu gün dəhlizin əleyhinə mövqe ilə çıxış edən ölkələr də, əslində, dəhlizdən faydalanacaqlar. Dolayısı ilə Zəngəzur dəhlizinin əleyhinə fəaliyyətdən də istər-istəməz geri çəkilməyə məcbur olacaqlar”.

“İndi isə əsas məsələ ABŞ ilə Ermənistan arasında dəhlizlə bağlı hansısa sənədin imzalanmasından ibarətdir. Ortada fikir ayrılığı var və məlumdur ki, üçtərəfli bəyanat imzalanan brifinqdə Tramp həmin dəhlizə 99 illik nəzarətdən söhbət açdı və hətta bildirdi ki, Ermənistan tərəfi bu 99 il başa çatdıqdan sonra onun uzadılması ilə bağlı da razılığını bildirib. Trampın orda verdiyi bəyanata nə Paşinyan, nə də Ermənistan tərəfindən hər hansı etiraz olmamışdı, amma keçən həftə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan bəyanatla çıxış edərək bildirdi ki, 99 illik hər hansı sənəddən söhbət getmir. Belə bir razılaşma yoxdur, bu müzakirə mövzusudur. Başqa sözlə, hazırda bu məsələ ilə bağlı ABŞ və Ermənistan arasında müəyyən fikir ayrılığı ortadadır”, – deyə o, əlavə edib.

Politoloq qeyd edib ki, hazırda ABŞ və Ermənistan arasında sülh müqaviləsi məsələsində fikir ayrılıqları olsa da, Ermənistan sülh müqaviləsində götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur:

“Görüş məhz qapalı şəraitdə keçiriləcək və düşünürəm ki, bağlı qapılar arasında keçirilən görüşdə də əsas müzakirə mövzusu həmin ortada olan fikir ayrılığının arada qaldırılması və dəqiqləşmələrə həsr olunacaq. Ondan sonra artıq tərəflər tikintinin hansı şəraitdə keçiriləcəyi, investisiya qoyuluşu, təhlükəsizlik və digər məsələlərlə bağlı konkret öhdəliklər götürəcəklər. Yəqin ki, yolun çəkilişi ilə bağlı investisiya ABŞ və Ermənistanın birgə investisiyası olacaq. Əsas məsələ odur ki, sənəd imzalansın və sənəddə hər iki ölkənin konkret öhdəlikləri olsun. Çünki, öhdəlik varsa, deməli. həmin tərəf işlərin tez bir zamanda həyata keçirilməsinə məcbur qalır. Zəngəzur dəhlizinin açılması, bu istiqamətdə işlərin tezləşdirilməsinə qədər tez başa çatarsa, bu tərəflərin hər biri, ümumilikdə region və böyük bir coğrafiya üçün daha faydalı olar. Ona görə də, düşünürəm ki, bu görüşdə bu istiqamətdə konkret artıq qərarlar qəbul olunacaq və müvafiq fəaliyyətə də qısa müddət ərzində başlanılacaq”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa