Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Amil Hacıyevin SİVİL proyekti

amil_haciyevAzərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayıb. Yenicag.az xəbər verir ki, Sivil.Az adlanan agentlik martın 13-dən fəaliyyətə başlayıb. Sayta tanınmış jurnalist Amil Hacıyev rəhbərlik edəcək. Bu barədə jurnalist saytımıza açıqlamasında bildirib:

“Sivil.Az saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxucularına çatdıracaq. Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları təqdim olunacaq. Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək, tam obyektiv, müstəqil və şərhsiz xəbər istehsal edəcək. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını fəal əməkdaşlığa dəvət edirik”.

Qeyd edək ki, bir müddət öncə Publika.az-dan ayrılan tanınmış yazarlar Rəbiqə Nazimqızı və İntiqam Valehoğlu da Sivil.Az-da fəaliyyətə başlayıblar. Xatırladaq ki. Amil Hacıyev bundan öncə Publika.az-ın baş redaktoru idi.

www.yenicag.az

628