Ana doğuş zamanı niyə öldü?
Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasında baş verən ana ölümünün ilkin səbəbini açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Nuranə Əliyevanın ilümünə ilkin səbəb kimi tromboemboliyanın göstərildiyini deyib.
“Hazırda faktla bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır”.
Qeyd edək ki, iki gün öncə Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının aparılıb.
Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülüb. Lakin N. Əliyeva narkozdan ayılmayıb.